Ermənilər növbəti dəfə Azərbaycanın Argentinadakı səfirliyinin qarşısında təxribat törətdilər

Ermənilər növbəti dəfə Azərbaycanın Argentinadakı səfirliyinin qarşısında təxribat törətdilər

Bakı. TurkicWorld:

Bütün dünyadakı erməni diasporu Azərbaycana qarşı təxribatlar törətməyə davam edirlər.

TurkicWorld xəbər verir ki, bu dəfə qondarma "aksiya" Azərbaycanın Argentinadakı səfirliyinin binasının qarşısında təşkil olunub

"Etirazçı"lar Qarabağ əhalisinin mövcud olmayan "soyqırım"ını qınamağa çağırıb, həmçinin Argentinanın paytaxtında yaşayan erməniləri də oktyabrın 7-nə planlaşdırılan "etiraz marşı"na qoşulmağa təşviq ediblər.

Doplomatik mənbə TurkicWorldə bildirib ki, Argentinanın Xarici İşlər Nazirliyindən ermənilər tərəfindən mümkün təxribat halında Azərbaycanın Buenos-Ayresdəki diplomatik nümayəndəliyinin ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi xahiş olunub.

Qeyd edək ki, ermənilər artıq dəfələrlə Azərbaycanın Argentinada, həmçinin Braziliyanın San-Paulu şəhərində, Uruqvayda, Los-Ancelesdə və Parisdəki diplomatik missiyalarına qarşı cinayətkar əməllər törədiblər.

Sentyabrın 28-də Azərbaycanın Qarabağ rayonundakı separatçı rejimin özünü buraxdığını elan etdikdən sonra Beyrutda 1500-ə yaxın erməni Azərbaycanın Livandakı səfirliyinə hücum etməyə cəhd göstərib. Livanın təhlükəsizlik qüvvələri tərəfindən səfirliyin girişində onların qarşısı alınıb. Nəticədə Beyrutda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əsasən "Daşnaksütyun" partiyasından olan ermənilər arasında qarşıdurma yaşanıb. Məlumata görə, daşnaklar polis əməkdaşlarına Molotov kokteylləri, fişənglər və daşlar atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib. Təhlükəsizlik qüvvələri qəzəbli kütləi Azərbaycan səfirliyinə buraxmayıb.

Bütün bunlar ermənilərin öz məğlubiyyətləri ilə barışmadığından və adət etdikləri qisas mexanizmlərinə, daha dəqiq desək, kobud və prinsipsiz şəkildə qisas almağa çalışaraq təxribatlara əl atdıqlarından xəbər verir.