Bakı. TurkicWorld:
Böyük Britaniya və "Azərkosmos" uzun illərdir ki, əməkdaşlıq edirlər və öz təcrübələrini bölüşürlər.
TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
"Ümid edirəm ki, Beynəlxalq Astronavtika Konqresi ölkələrimiz arasında kosmos sektorunda əməkdaşlığın genişləndirilməsinə və yeni imkanların yaradılmasına kömək edəcək", - deyə səfir əlavə edib.
Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.
136 ölkədən 5300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.