Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı

Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı

Bakı. TurkicWorld:

Anım Günündə Böyük Britaniya səfirliyində Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld sosial media hesabında qeyd edib.

"Böyük Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.