İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz üçün mühüm dönüş nöqtəsi oldu - Amerikalı analitik

İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz üçün mühüm dönüş nöqtəsi oldu - Amerikalı analitik

Bakı. TurkicWorld:

İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz üçün mühüm dönüş nöqtəsi oldu, belə ki, müharibə nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına tamamilə son qoyuldu.

Bu barədə TurkicWorld-ə amerikalı analitik İrina Zukerman deyib.

"Vətən müharibəsi erməni lobbisinin Qərbdə təbliğ etdiyi yalan iddiaları və saxta hekayələri ifşa etdi. Üç il sonra bu ərazilərdə separatçı rejimə son qoyuldu", - deyə o, vurğulayıb.

Lakin amerikalı analitikin qeyd etdiyi kimi, erməni lobbisi əvvəlki kimi "insan hüquqları" ilə bağlı yalan əndişələr bildirərək aktiv şəkildə Azərbaycanı nüfuzdan salmağa çalışır.

"Bu problemlərə baxmayaraq, müharibənin nəticələri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, ardıcıl dialoq və diplomatiyaya yol açdı. Bölgədə iqtisadi bərpa üçün böyük imkanlar yarandı və bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təmir-yenidənqurma işlərinə şahid oluruq. Ölkə bu torpaqlara iqtisadi və sosial inkişaf, Qarabağın erməni sakinlərinin reinteqrasiyası üzrə dəqiq plan hazırlayıb", - deyə amerikalı analitik əlavə edib.

İrina Zukermanın fikrincə, məhz Azərbaycanın öz təhlükəsizliyinin müdafiəsinə yönəlmiş tədbirləri regionda uzunmüddətli sülh üçün imkanlar yaradıb.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn