Gorusdan Xankəndi istiqamətinə BQXK-nin müşayiəti ilə təcili yardım avtomobilləri keçib

Gorusdan Xankəndi istiqamətinə BQXK-nin müşayiəti ilə təcili yardım avtomobilləri keçib

Bakı. TurkicWorld:

Gorusdan Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə təcili yardım avtomobilləri keçib.

TurkicWorld-in Qarabağ bürosu xəbər verir ki, Ermənistandan gələn 20-dək ambulans BQXK-nin xətti ilə Xankəndinə gedib.

Laçın sərhəd buraxılış məntəqəsində ambulanslara baxış keçirilib. Qeyri-qanuni yük qeydə alınmayan ambulanslar maneəsiz keçid edərək Xankəndiyə hərəkət edir.

Xəbər yenilənəcək