Xankəndi-Laçın yolu ilə mülki şəxslərin hərəkətinin təhlükəsizliyini təmin edirik - Hikmət Hacıyev

Xankəndi-Laçın yolu ilə mülki şəxslərin hərəkətinin təhlükəsizliyini təmin edirik - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.

TurkicWorld xəbər verir ki, Hikmət Hacıyev bildirib ki, dərman, ərzaq və digər malların BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək:

"Biz həmçinin Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq. Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik" - Prezidentin köməkçisi qeyd edib.

Xəbər yenilənəcək