Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - Hikmət Hacıyev

Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.

TurkicWorld xəbər verir ki, Hikmət Hacıyev görüşdə qeyd edib ki, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır.

"Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq".