Son dəqiqə

Azərbaycan Qarabağ BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək

Bakı. TurkicWorld:

BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək.

TurkicWorld-un məlumatına görə, iclas sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Mövzuya görə xəbərlər