Son dəqiqə

ABŞ Ceyhun Bayramov BMT Baş Assambleyası Azərbaycan XİN

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

Bu barədə TurkicWorld-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər zamanı Nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər