Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü

Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında yazılıb.

"Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq və Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən, çağırışlar və gələcək perspektivlər ətrafında müzakirələr aparıblar", - məlumatda deyilir.

Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.