Erməni separatçıları Rusiya sülhməramlılarına hücum edib

Erməni separatçıları Rusiya sülhməramlılarına hücum edib

Bakı. TurkicWorld:

Erməni separatçılarının Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına hücumunun görüntüləri yayılıb.

TurkicWorld xəbər verir ki, erməni separatçıları sülhməramlılardan birinin guya azərbaycanlı olduğunu əsas gətirərək onlardan sənədləri göstərməyi tələb edirlər.

Qeyd edək ki, Qarabağda “humanitar fəlakət” iddiaları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışan erməni separatçıları bu gün Bakıdan gələn humanitar yardımdan imtina edərək, bir daha özlərini ifşa etdilər. Amma onlar dərk etməlidirlər ki, gec-tez Azərbaycanla hesablaşmalı olacaqlar, çünki Bakının səbri sonsuz deyil.