Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı Şuşada hərbi yürüş olub

Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı Şuşada hərbi yürüş olub

Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı Şuşada hərbi yürüş olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “twitter” səhifəsindən paylaşım edib.

"Qürurlu anlar. Milli Ordumuzun qanı bahasına işğaldan azad olunmuş Şuşada 15 sentyabr, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd olunub. Milli Ordumuzla fəxr edirik" - deyə paylaşımda qeyd olunub.

Məlumat üçün bildirək ki, bu gün Bakıda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 103-cü ildönümü ilə əlaqədar yürüş keçirilir. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir.