Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi - Sərəncam

Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi - Sərəncam

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev X.Ə.Xələfovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilsin.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev X.Ə.Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.