Xələf Xələfov vəzifəsindən azad edildi

Xələf Xələfov vəzifəsindən azad edildi

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev X.Ə.Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi və bundan irəli gələn bəzi məsələlər haqqında sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncama əsasən, Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.