Son dəqiqə

Azərbaycan Türkiyə Baykar Akıncı PUA Azərbaycanın Türkiyədəki səfirliyi

Türkiyədə AKINCI silahlı PUA idarəetmə kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində Türkiyənin Baykar Müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

TurkicWorld-a verilən məlumata görə, buraxılış mərasimi Baykar şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, kursun müəllim və rəhbər heyəti ilə bərabər Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları da iştirak ediblər.

Mərasimdə kursu müvəffəqiyyətlə bitirən məzunlar çıxış ediblər və keyfiyyətli tədris, göstərilən diqqət və qayğıya görə bir daha kursun müəllim və rəhbər heyətinə minnətdarlığını bildirdilər.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli və azərbaycanlı məzunlarla sertifikatlar təqdim edilib.

Mövzuya görə xəbərlər