Son dəqiqə

Naxçıvan Azərbaycan Müdafiə Nazirliyi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Bakı. TurkicWorld:

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, iyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Mövzuya görə xəbərlər