Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil nazirini təbrik edib

Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil nazirini təbrik edib

Bakı. TurkicWorld:

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə E.Əmrullayev özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq", - deyə E.Əmrullayev bildirib.