Bakı. TurkicWorld:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammitində bəyanatla çıxış edib.
TurkicWorld-un məlumatına görə, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.
“Azərbaycan Avropa Şurasının ümumavropa memarlığının mühüm sütunu olmasını təsdiqləyir”,-deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov mayın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslandiyaya işgüzar səfər edib. O səfər çərçivəsində İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edib, habelə tədbirdə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.