Rusiya START müqaviləsində iştirakını dayandırır - Putin

Rusiya START müqaviləsində iştirakını dayandırır - Putin

Bakı. TurkicWorld:

Rusiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilədə (START) öz iştirakını dayandırır.

TurkicWorld-un Rusiya mediasına istinadən məlumatına görə, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

"Bildirməliyəm ki, Rusiya START müqaviləsində öz iştirakını dayandırır. Təkrar edirəm, müqaviləni tərk eləmir, sadəcə iştirakını dayandırır", - o deyib.

Onun sözlərinə görə, bu məsələyə qayıtmazdan əvvəl Fransa və Böyük Britaniya kimi NATO ölkələrinin nəyə iddia etdiklərini başa düşmək lazımdır.

Xatırladaq ki, START müqaviləsi 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanıb və 2011-ci ildən qüvvəyə minib. Müqavilə 10 il müddətində qüvvədədir və 2021-ci ildə bitib. 2021-ci ildə Yeni START Müqaviləsi imzalanıb.