Bolqarıstan Rumen Radev

Bolqarıstanda prezidentin istefası təsdiqləndi

BAKI,TurkicWorld

Bolqarıstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Rumen Radevin istefasını təsdiqləyib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bütün 12 hakim Radevin istefası ilə bağlı qərarı yekdilliklə qəbul edib. Qərar qətidir və bu gündən qüvvəyə minir.

Radev istefa ərizəsini çərşənbə axşamı ölkənin Konstitusiya Məhkəməsinə təqdim edib. Ərizənin təqdim edildiyi andan etibarən Radevin prezident səlahiyyətləri faktiki olaraq dayandırılıb və ölkə Konstitusiyasına uyğun olaraq vitse-prezident İliyana Yotova bu səlahiyyətləri öz üzərinə götürüb.

O, Radevin səlahiyyət müddəti başa çatanadək, 22 yanvar 2027-ci il tarixinədək – prezident vəzifəsini icra edəcək.

Mövzuya görə xəbərlər