Son dəqiqə

İsrail Yəmən Husilər Hava zərbələri Yəmən husiləri İsrail hücumu İsrailin Yəmən hücumları hava hücumu hava zərbəsi

Yəməndən İsrail ərazisinə PUA hücumu həyata keçirilib, ölkənin hava məkanı bağlanıb - Yaralılar var

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail ordusu Yəməndən buraxılan pilotsuz uçuş aparatının (PUA) Negev bölgəsinə düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

TurkicWorld xəbər verir ki, hadisə ilə əlaqədar İsrail Hava Limanları İdarəsi Ramon hava limanını uçuşlar üçün bağlayıb.

Digər tərəfdən, İsrail ordusunun sözçüsü Hərbi Hava Qüvvələrinin Yəməndən İsrailə doğru buraxılmış 3 PUA-nı vuraraq zərərsizləşdirdiyini bildirib.

Bundan əvvəl İsrail hərbi mənbələri “Times of Israel” qəzetinə açıqlamasında Yəməndəki husilər tərəfindən İsrail istiqamətində buraxılan 3 pilotsuz uçuş aparatının Misirin Sinay yarımadası üzərində müşahidə edildiyini bildirmişdilər.

Qəzza zolağında müharibə başlayandan bəri husilər dəfələrlə İsrail istiqamətində PUA hücumu edirlər.

Mövzuya görə xəbərlər