Son dəqiqə

İsrail ABŞ Donald Tramp Qəzza zolağı Qəzza HƏMAS Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi 2025 Qəzzada müharibə cinayətləri Qəzza məsələsi

ABŞ İsrailin Qəzzadakı irəliləyişini dayandırmayacaq - İsrail mətbuatı

BAKI, TurkicWorld, Səməd Əyyubov

Vaşinqton ilə HƏMAS arasında diplomatik təmaslar yenidən başlayıb. Lakin ABŞ administrasiyası İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmağı planlaşdırmır.

TurkicWorld xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, danışıqların bərpası Misir və Qətərin vasitəçilik cəhdlərinin müharibəni dayandıracaq bir formula gətirə bilməməsindən sonra mümkün olub.

Qəzet yazır ki, ABŞ-ın mövqeyi “müharibənin yalnız bütün əsirlərin azad olunmasını təmin edən hərtərəfli razılaşma ilə başa çata biləcəyi” prinsipinə əsaslanır. Bu çərçivədə Vaşinqton İsrail ilə təcili müzakirələrin başlanmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp HƏMAS-la əsir mübadiləsi məsələsində intensiv danışıqlar apardıqlarını və bütün əsirlərin azad olunmasını tələb etdiklərini bəyan edib.

“HƏMAS-la çox intensiv danışıqlar aparırıq. Onlara dedik ki, bütün əsirləri dərhal azad edin, onda hər şey daha yaxşı olacaq. Əks halda, vəziyyət çox pis olacaq” - deyə, o bildirib.

ABŞ prezidenti əlavə edib ki, hazırda 20 əsirin azad edilməsi ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, daha 30 əsirin öldüyü ehtimal edilir.

Mövzuya görə xəbərlər