Son dəqiqə

Kanada Latviya Mark Karni Kanada hərbçi ölümü Kanadalı hərbçi Latviyada tapıldı Kanada Silahlı Qüvvələri Latviya Kanada ordusu Latviya missiyası Kanadalı hərbçi Corc Holl NATO Operation Reassurance

İtkin düşmüş kanadalı hərbçi Latviyada ölü tapılıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Bir neçə gündür axtarılan kanadalı hərbçi Latviyada ölü halda tapılıb.

TurkicWorld xəbər verir ki, bununla bağlı məlumatı Kanada Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, sentyabrın 2-dən bəri itkin düşmüş hərbçi Corc Holl sentyabrın 5-də ölü vəziyyətdə aşkarlanıb. Ordunun açıqlamasına görə, Hollun ölüm səbəbi və cəsədin hansı şəraitdə tapıldığı barədə hələlik məlumat verilmir. Kanada ordusu Latviya hakimiyyəti ilə birgə araşdırma aparır.

Kanadanın baş naziri Mark Karni hadisədən kədərləndiyini bildirib, mərhumun ailəsinə, dostlarına və silahdaşlarına başsağlığı verib.

“Holl, ötən ayın sonunda birlikdə vaxt keçirmək şərəfinə nail olduğum briqadanın bir hissəsi olaraq göndərilmişdi” – deyə, Karni “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, təxminən 20 ildir Kanada Silahlı Qüvvələrində xidmət edən Corc Holl NATO çərçivəsində həyata keçirilən “Operation Reassurance” missiyası üzrə Latviyaya ezam olunmuşdu. Hazırda bu əməliyyat çərçivəsində Latviyada 2017-ci ildən etibarən 1 500-ə yaxın kanadalı hərbçi xidmət aparır.

Mövzuya görə xəbərlər