Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza İsrail ordusu İsrail XİN Benyamin Netanyahu İsrailin Müdafiə Ordusu İsrail kəşfiyyatı

HƏMAS sözçüsü Əbu Ubeydə öldürüldü - İsrail MN

BAKI,TurkicWorld, Səməd Əyyubov

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qolunun rəsmi nümayəndəsi Əbu Ubeydəni öldürüb.

TurkicWorld xəbər verir ki, məlumatı İsrailin müdafiə naziri İsrael Kats təsdiqləyib.

“HƏMAS-ın sözçüsü Əbu Ubeydə Qəzzada məhv edildi. O, artıq İran, Qəzza, Livan və Yəməndən olan ‘şər oxu’nun digər aradan qaldırılmış üzvləri ilə cəhənnəmdə ‘görüşməyə’ göndərildi” - deyə, o "X" sosial şəbəkəsində yazıb.

Nazir İsrail ordusunun əməliyyatlarını yüksək qiymətləndirərək, HƏMAS liderlərinin zərərsizləşdirilməsinin davam edəcəyini bildirib:

“Qəzzadakı kampaniya intensivləşdikcə, onun (Əbu Ubeydənin – red.) cinayətkar tərəfdaşları da tezliklə ona qoşulacaqlar.”

Xatırladaq ki, avqustun 31-də İsrailin baş naziri Benyamin Netanyahu həftəlik hökumət iclasında Əbu Ubeydənin aradan qaldırılması əməliyyatı barədə məlumat vermiş, lakin həmin vaxt onun öldürülməsi faktının hələ təsdiqlənmədiyini qeyd etmişdi.

Mövzuya görə xəbərlər