Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Qəzza İsrail ordusu İsrail XİN İsrailin Müdafiə Ordusu İsrail və Qəzza münaqişəsi Qəzza münaqişəsi 2025

İsrailin təhlükəsizlik kabineti Qəzza şəhərinin işğalını müzakirə edəcək

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrailin siyasət və təhlükəsizlik məsələləri üzrə nazirlər kabineti avqustun 26-da Qəzza şəhərinin ələ keçirilməsi planını müzakirə edəcək.

TurkicWorld xəbər verir ki, kabinetin üzvü olan nazirlərə Qəzza şəhərində həyata keçirilməsi nəzərdə tutulan əməliyyat planının təsdiqlənməsi üçün səsvermə təklif olunacaq.

Bundan əlavə, iclasda HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların gedişatına dair yenilənmiş məlumat da təqdim ediləcək.

Qeyd edək ki, baş nazir Benyamin Netanyahu avqustun 21-də Qəzzaya səfər edərək videomüraciət yayımlamışdı. O, səfərin əsas məqsədinin ordunun Qəzza şəhərini ələ keçirmə planını təsdiqləmək olduğunu bildirmişdi. Netanyahu həmçinin bütün girovların azad olunması üçün dərhal danışıqlara başlanılması barədə tapşırıq verdiyini və “İsrail üçün qəbul edilən şərtlərlə müharibənin dayandırılmasını” istədiyini vurğulamışdı.

Onun sözlərinə görə, HƏMAS-ın məhv edilməsi və bütün girovların azad olunması “yanaşı gedən iki əsas vəzifədir” və paralel şəkildə həyata keçiriləcək.

Mövzuya görə xəbərlər