Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza münaqişəsi 2025 Qəzza müharibəsi 2025 Cənubi Sudan Qəzza sakinlərinin məskunlaşdırılması hücum planı ehtiyat qüvvələrin çağırılması Qəzza şəhərinə nəzarət Təhlükəsizlik Kabineti

Cənubi Sudan Qəzza sakinlərinin ölkədə məskunlaşması barədə məlumatları yalanlayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Cənubi Sudan Qəzza zolağının sakinlərini ölkədə məskunlaşdırmaq üçün İsraillə danışıqlar apardığına dair xəbərləri təkzib edib.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Sudan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu iddiaların əsası yoxdur və Cənubi Sudan Respublikası hökumətinin rəsmi mövqeyini əks etdirmir” - deyə, bəyanatda vurğulanıb.

Bu arada, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ordunun Qəzzadakı növbəti addımlarına dair “hücum planının əsas konturlarını” təsdiqləyib. Ordu sözçüsünün bildirdiyinə görə, Zamir qüvvələrin hazırlıq səviyyəsinin artırılması və ehtiyat qüvvələrin çağırılmasının vacibliyini vurğulayıb.

İsrail tərəfi bildirir ki, yeni hücum həyata keçirəcək və 2023-cü ilin oktyabrında müharibənin başlanmasından qısa müddət sonra nəzarətə götürdüyü, lakin sonradan tərk etdiyi Qəzza şəhərinə yenidən hakim olacaq.

Qeyd edək ki, ötən cümə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Təhlükəsizlik Kabinetinin Qəzza zolağının tam nəzarət altına alınmasına razılıq verdiyini açıqlamışdı. Bu qərar beynəlxalq səviyyədə pislənmişdi.

Mövzuya görə xəbərlər