Son dəqiqə

İran ABŞ Qətər

İran ABŞ-ın Qətərdəki hərbi bazasına zərbələr endirib

BAKI, TurkicWorld

İranın hücumu nəticəsində ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına azı üç raket düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə İran dövlət tele-radio şirkəti məlumat yayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında İran ABŞ-ın Qətərdə yerləşən bazalarına qarşı "Qələbə müjdəsi" adlı yeni hərbi əmliyyata başlayıb. İran ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına altı raket zərbəsi endirib.

xxx

BAKI, TurkicWorld

İran ABŞ-ın Qətərdə yerləşən hərbi bazalarına qarşı "Qələbə müjdəsi" adlı yeni hərbi əməliyyata başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran dövlət tele-radio şirkəti məlumat yayıb.

Əməliyyat çərçivəsində, İran ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına altı raket zərbəsi endirib.

Dohada bir neçə partlayış səsi eşidilib. Bu səslərin, ehtimal ki, hava hücumundan müdafiə sistemlərinin işə düşməsi nəticəsində baş verdiyi bildirilib. Şəhərin səmasında bir neçə hava obyektinin göründüyü də qeyd olunub.

Habelə, zərbələrdən sonra İran Silahlı Qüvvələri bəyanat yayıb.

"İrana qarşı yönəlmiş heç bir təcavüz cavabsız qalmayacaq" - deyə, bəyanatda bildirilib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər