Son dəqiqə

İsrail İran

İsrail ordusu İranın ən böyük təbii qaz obyektini vurub

BAKI, TurkicWorld

İsrail ordusu İranın cənubunda yerləşən və ölkənin ən böyük Cənubi Pars təbii qaz yatağına xidmət edən obyektə hücum edib.

TurkicWorld xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hazırda İran tərəfindən hücumun nəticələri və təsirləri barədə rəsmi açıqlama verilməyib, lakin hücumun ölkənin enerji infrastrukturu və iqtisadiyyatına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Məlumat üçün bildirək ki, Cənubi Pars yatağı, İranın enerji sektorunda strateji əhəmiyyətə malikdir və həm daxili istehlak, həm də ixracat baxımından əsas resurs mənbəyi hesab olunur.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Mövzuya görə xəbərlər