Son dəqiqə

NATO Rusiya Ukrayna Vladimir Putin Dmitri Peskov Volodimir Zelenski

Ukrayna NATO-ya üzv olmamalıdır - Kreml

BAKI, TurkicWorld

Ukraynanın NATO-ya üzv olması Rusiya Federasiyasının milli maraqları üçün təhlükə yaradır.

TurkicWorld xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ukraynanın NATO üzvlüyü və Alyansa inteqrasiya perspektivinin qəbuledilməz olduğunu, bunun Rusiyanın təhlükəsizlik maraqlarına təhdid təşkil etdiyini vurğulayıb.

Peskov əlavə edib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi hazırkı Rusiya-Ukrayna münaqişəsinin əsas səbəblərindən biridir.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, ABŞ tərəfindən təklif olunan sülh planı çərçivəsində Ukraynaya NATO üzvlüyündən imtina və Krımı Rusiya ərazisi kimi tanımaq kimi şərtlər irəli sürülüb.

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisinin sözlərinə görə, bu şərtlər hazırda “potensial müzakirə variantları” sırasında yer alır.

Mövzuya görə xəbərlər