BAKI, TurkicWorld
Biz Qrenlandiyanı alacağıq. Buna 100 faiz əminəm.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp NBC News kanalına verdiyi müsahibədə deyib.
Müsahibə zamanı, Tramp, məqsədinə çatmaq üçün heçvaxt hərbi gücü istisna etməyəcəyini bildirib. Lakin o, bu məslənin sülh yolu ilə həllini "yaxşı bir ehtimal" kimi qiymətləndirib.
"Məsələ dünya sülhüdürsə, heç nəyi istisna etməyəcəm", - deyə Tramp bildirib.
Tramp, Qrenlandiyanın alınmasnın Rusiyaya və Dünyaya necə bir mesaj olacağı sualına "Bu barədə düşünmürəm, həqiqəntə əhəmiyyətli deyil" deyə cavablandırıb.
Qeyd edək ki, Tramp əvvəllər də Qrenlandiyanı ABŞ nəzarətinə almaq niyyətində olduğunu ifadə edib. Donald Tramp 2024-cü ilin dekabrında Truth Social hesabında Qrenlandiyanın ABŞ nəzarətinə keçməsinin “mütləq zərurət” olduğunu bildirib. O, martın 13-də NATO-nun baş katibi Mark Rutte ilə görüşündə də bu fikri təkrarlayaraq, milli təhlükəsizlik baxımından bu addımın vacibliyini vurğulayıb.
Buna cavab olaraq, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ nümayəndə heyətinin səfərini “problemli” və “hörmətsiz” adlandırıb. Danimarka və Qrenlandiya rəhbərliyi adanın satılmayacağını bəyan edərək ABŞ-ın ilhaq planlarına qarşı çıxış ediblər.