Bakı, TurkicWorld
Çində yerləşən elektrikli avtomobil istehsalçısı BYD-dən sonra başqa bir avtomobil istehsalçısı Chery də Türkiyəyə sərmayə qoyacaq. Marka Samsunda qurulacaq müəssisələrdə yeni nəsil və elektrik avtomobilləri və onların hissələrini istehsal edəcək.
TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Çinin qabaqda gələn avtomobil markalarından biri olan Chery, Samsunda qurulacaq illik 200 min tutumlu müəssisələrində yeni nəsil elektrikli avtomobillər və onların hissələri istehsal edəcək.
Ar-Ge mərkəzində qurulması planlaşdırılan layihədə cəmi 1 milyard dollar investisiya ilə 5 mindən çox adam işlə təmin ediləcək.
Çinin BYD şirkəti ilə Sənaye və Texnologiya Nazirliyi arasında Türkiyəyə investisiya üçün 1 milyard dollarlıq müqavilə imzalanıb.
Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollarlıq sərmayə ilə illik 150 min avtomobil tutumu olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi və davamlı hərəkətlilik texnologiyaları üçün Ar-Ge mərkəzi qurması gözlənilir. 2026-cı ilin sonunda istehsala başlaması planlaşdırılan obyektdə 5 min nəfərə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.samsun