Son dəqiqə

İran ABŞ Tehran Donald Tramp Vaşinqton Abbas Arakçi

İran ABŞ ilə danışıqlara hazırdır - Arağçı

Bakı, TurkicWorld

Amerika prezidenti Donald Trampın təhdidləri və maksimal təzyiq siyasəti ucbatından Tehranla Vaşinqton arasında birbaşa dialoq imkanı olmayana qədər, İran ABŞ ilə vasitəli danışıqlara hazırdır.

TurkicWorld xəbər verir ki, belə bir bəyanat İranın XİN rəhbəri Abbas Arağçıdan gəlib.

"Bu məsələdə mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti altında, hər gün səsləndirilən hədələr fonunda ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Qarşı tərəfin İran və İran xalqına münasibətində dəyişiklik baş verməyənədək, biz birbaşa dialoq aparmayacağıq.

Bununla belə, vasitəli danışıqlar üçün yol açıqdır", - deyə Arağçı CNN telekanalının efirində vurğulayıb.

Mövzuya görə xəbərlər