Son dəqiqə

Yunanıstan zəlzələ Egey

Egey dənizində seysmik aktivliyə görə Niyoz adasında fövqəladə vəziyyət elan edilib

Bakı, TurkicWorld

Yunanıstanın Niyoz adasında son həftələrdə Egey dənizində güclənən seysmik aktivliyə görə fövqəladə vəziyyət elan edildiyi bildirilib.

TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Yunanıstanın Mülki Müdafiə Baş katibi Vasilis Papayeorgiunun qərarı ilə Niyoz adası fövqəladə vəziyyət elan edilən adalara qoşulub.

Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilib.

Egey dənizində son həftələrdə güclənən seysmik aktivliyə görə Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında fevralın 17-dək təlimlər dayandırılıb.

Mövzuya görə xəbərlər