Son dəqiqə

İsrail İtaliya UEFA

İtaliyalı azerkeşlər İsrail himninə etiraz edib

Bakı,TurkicWorld

UEFA Millətlər A Liqasının 2-ci qrupunda İsrail – İtaliya matçının əvvəlində italiyalı azarkeşlər üz çevirərək İsrail himninə etiraz ediblər.

TurkicWorld xəbər verir ki, İsraildə təhlükəsizlik riski olduğu üçün Macarıstanın paytaxtı Budapeştdəki “Bozşik” stadionunda oynanan və İsrailin ev sahibi olduğu oyunun əvvəlində maraqlı etiraz yaşanıb.

Oyun başlamazdan əvvəl təşkil edilən mərasimdə İsrail himni səsləndirilərkən qonaq komanda azərkeşləri üzlərini çevirərək İsrailə etiraz ediblər.

Sosial mediada bəzi istifadəçilər italyan azarkeşlərin bu münasibətini “hörmətli və tarixi” adlandırıblar.

Qeyd edək ki, qarşılaşmada İtaliya rəqibinə 2:1 hesabı ilə qalib gələrək 3 xalı qazanıb. İtaliya ilə İsrail arasında növbəti oyunun oktyabrın 14-də İtaliyanın Udine şəhərində keçirilməsi planlaşdırılır. Daha əvvəl mətbuatda Udine bələdiyyəsinin bu oyuna ev sahibliyi etmək istəmədiyi də bildirilmişdi.

Mövzuya görə xəbərlər