Bakı. TurkicWorld
TurkicWorld xəbər verir ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makrondan Telegram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun saxlanılması ilə bağlı izahat tələb edir.
“Makron doğrudanmı Pavel Durovu tutdu?! Le Canard Enchaîné indi yazıb ki, Telegram rəhbəri polisə həmin axşam Makronla nahar etməyi planlaşdırdığını deyib! Makron ağalarının tələb etdiyi missiyanı yerinə yetirmək üçün bu cür saxtakarlığa kifayət qədər qadirdir: söz azadlığını müdafiə edən hər kəsi həbs etmək! Biz Makrondan izahat tələb edirik!”, – siyasətçinin X sosial şəbəkəsindəki yazısında deyilir.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Le Burje hava limanında Fransa hakimiyyəti tərəfindən saxlanılıb.
Daha sonra sahibkarın ittiham olunduğu cinayətlərə tətbiq edilən prosedur çərçivəsində Durovun həbs müddəti avqustun 28-dək uzadılıb.