Son dəqiqə

İspaniya

İspaniyada müsəlmanları təhqir edən bələdiyyə sədri cərimələnib

Bakı, TurkicWorld

İspaniyanın şərqindəki Kataloniya muxtar hökuməti ifrat sağçı bələdiyyə sədrini iştirak etdiyi televiziya proqramında müsəlmanları təhqir etdiyinə görə 10 min avro cərimələyib.

TurkicWorld xəbər verir ki, Kataloniyanın Girona şəhərinin Ripoll rayonunun bələdiyyə sədri və Kataloniyanın yerli parlamentində katalon millətçiliyi edən ifrat sağçı Aliança Katalana partiyasının üzvü olan Silvia Orriols, islamofob bəyanatlarından sonra barəsində açılan istintaq çərçivəsində cərimələnib.

Kataloniya bölgəsində islamofobiya və ksenofobiya (əcnəbi düşmənçiliyi) ilə mübarizə məqsədi daşıyan qanuna uyğun olaraq 10 min avro cərimələnən Orriols 8TV televiziyasına açıqlamasında Kataloniyada yaşayan müsəlmanların “Kataloniya kimliyi üçün bir təhdid olduğunu” demişdi.

Orriols verdiyi yazılı açıqlamada “aldığı cəzanın ifadə azadlığına hücum olduğunu” müdafiə edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, İspaniyada müsəlmanların ən çox yaşadığı bölgə olan Kataloniyada 700 minə yaxın müsəlman yaşayır.

Mövzuya görə xəbərlər