Son dəqiqə

İsrail Hizbullah

Dəmir günbəz İsrail əsgərini öldürüb

Bakı, TurkicWorld

Hizbullahın hücumlarına qarşı istifadə edilən Dəmir günbəz raketinin açıq dənizdə patrul gəmisinə dəyməsi nəticəsində bir İsrail əsgərinin öldüyü, iki əsgərin isə yaralandığı bildirilib.

TurkicWorld xəbər verir ki, İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamada Hizbullahın səhər saatlarında həyata keçirdiyi hücumda donanmanın patrul gəmisində olan bir əsgərin öldüyü, birinin yüngül, digərinin isə orta dərəcədə yaralandığı bildirilib.

Bəyanatda əsgərin ölümünün necə baş verdiyi barədə məlumat paylaşılmayıb.

Digər tərəfdən, İsrail mətbuatında yer alan ordunun ilkin araşdırmasına görə, İsrail hava hücumundan müdafiə sistemindən buraxılan müdafiyə raketinin Hizbullaha aid pilotsuz uçuş aparatını vurduğu və partlayış nəticəsində ətrafa yayılan bir qəlpə parçasının patrul gəmisinə dəyməyərək bir əsgərin həlak olmasına səbəb olduğu deyilir.

Qeyd edək ki, xəbərdə Hizbullaha məxsus iki pilotsuz uçuş aparatının (PUA) açıq dənizdə irəlilədiyi də bildirilib.

Mövzuya görə xəbərlər