Bakı, TurkicWorld
Nepalın Tanahun bölgəsində sərnişin avtobusunun Marsyanqdi çayına düşməsi nəticəsində 27 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə Nepal polis rəsmiləri açıqlama verib.
Açıqlamaya görə, 43 sərnişini olan Hindistan nömrəli sərnişin avtobusu Nepalın Pokhara bölgəsindən paytaxt Katmanduya gedirmiş.
Qəzada yaralanan 16 nəfərin yaxınlıqdakı xəstəxanalara aparıldığı, sərnişinlərin hamısının Hindistan vətəndaşları olduğu qeyd edilib.
Hindistanın Katmandudakı səfirliyinin X sosial media platformasında edilən paylaşımda, çaya düşən avtobusda yalnız Hindistan vətəndaşlarının olduğu təsdiqlənib və onların yardım səyləri üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdikləri bildirilib.
Hafiz Rufizoğlu