Son dəqiqə

İsrail Livan Hizbullah

Hizbullah Katyuşa raketləri ilə İsrailə hücum edib

Bakı,TurkicWorld

Hizbullah İsrailin şimalındakı ordu bazasına Katyuşa raketləri ilə hücum edib.

TurkicWorld xəbər verir ki, Hizbullah İsrailin şimalındakı Qatun kazarmasında yerləşən 146-cı briqadanı Katyuşa raketi ilə vurduğunu deyib. İsrail ordusu hadisədə can itkisinin olmadığını açıqlayıb.

İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində isə üç Hizbullah üzvü ölüb. Bunu Livandakı Hizbullah tərəfi də təsdiq edib.

Qeyd edək ki, İsrailin oktyabrın 8-dən bəri Livanın cənubuna təşkil etdiyi hücumlarda öldürülən Hizbullah üzvlərinin sayı 407-yə yüksəlib.

İsrail həmçinin, yenidən Livanın “Al Mayadeen” kanalının ölkə daxilində yayımını qadağan edib.

İsrail mətbuatının yazdığına görə, Livanda yerləşən kanalın yayımlarının bloklanması və avadanlıqlarının ələ keçirilməsi təklifi Təl-Əviv tərəfindən qəbul edilib.

Mövzuya görə xəbərlər