Son dəqiqə

İsrail Livan Hizbullah

İsrail Livana hava zərbələri endirib

Bakı,TurkicWorld

İsrail döyüş təyyarələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücümü zamanı üç nəfər yaralanıb .

TurkicWorld xəbər verir ki, İsrail döyüş təyyarələri Livanın cənubunda yerləşən Kefr Kila qəsəbəsinə hava zərbələri endirib.

Livan Səhiyyə Nazirliyinin hücumdan sonra verdiyi açıqlamada hava zərbələri nəticəsində üç nəfərin yaralandığı və xəstəxanalara göndərildiyi bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın səkkizindən İsrail ordusu ilə Hizbullah arasında sərhəd bölgəsində toqquşmalar davam edir. Kefr Kila qəsəbəsi demək olar ki, hər gün hücuma məruz qalır.

Mövzuya görə xəbərlər