Bakı, TurkicWorld
Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Konstantinivka şəhərində supermarketə təşkil etdiyi hücumda 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko sosial media hesabında məlumat verib.
O, Rusiya ordusunun Konstantinivka şəhərində supermarketə hücumdan sonra axtarış-xilasetmə işləri barədə məlumat verib.
Hücum nəticəsində təxminən 1000 kvadratmetr sahədə başlayan yanğının söndürüldüyünü bildirən Klimenko, şəhərdə supermarketdən başqa bəzi binaların da zərər gördüyünü qeyd edib.
Hafiz Rufizoğlu