Son dəqiqə

Çin İsmayıl Haniyə

Çin XİN Haniyənin öldürülməsi ilə əlaqəli bəyənat verib

Bakı,TurkicWorld

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin rəzil sui-qəsdi ilə bağlı Çin Xarici İşlər Nazirliyi bəyanat verib.

TurkicWorld xəbər verir ki, , Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.

“Biz çox narahatıq və bu sui-qəsdi pisləyirik. Bu hadisə bölgədə daha da qeyri-sabitliyə səbəb ola bilər”,- deyə bəyanatda qeyd olunub.

Lin hər cür sui-qəsd və zorakılıq aktlarına qəti şəkildə qarşı olduqlarını və qınadıqlarını bildirib.

Qeyd edək ki, gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb. İran və HƏMAS Hərəkatı iyrənc sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkiniblə

Mövzuya görə xəbərlər