Bakı, TurkicWorld
Fransa polisi 2024-cü il Paris Olimpiya Oyunlarından sonra mətbuat mənsublarına xidmət edən media mərkəzinin yerləşdiyi ərazini "partlayış riski" səbəbilə bir müddət bağlayıb.
TurkicWorld xəbər verir ki, polis Paris Konqres Mərkəzində yaradılan əsas media mərkəzinin qarşısında təhlükəsizlik xətti yaratsa da, binaya giriş-çıxış qadağan edilib.
Məlumat üçün qeyd edək ki, partlayış riskinin olduğunu ifadə edən jurnalistlər və vətəndaşlar ərazidən uzaqlaşdırılıb.
Partlayış riskinin səbəbi açıqlanmayıb.
Hafiz Rufizoğlu