Bakı, TurkicWorld
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) Efiopiyada 4,5 milyon insanın iyun ayından bu yana ölkə daxilində yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə OCHA-nın Efiopiyada baş verən humanitar böhranla bağlı verdiyi açıqlamada qeyd edilib.
Bildirilib ki, ölkənin şimal və mərkəzi bölgələrində davam edən qarşıdurmalar və əlverişsiz iqlim şəraiti səbəbindən 4,5 milyon insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Bu məsələdən ən çox əziyyət çəkən isə Somali və Tiqray bölgələridir.
Açıqlamada həmçinin təhlükəsizliyin təmin ediləcəyi təqdirdə insanların geri qayıtmasının vacibliyi və bu prosesdə qalıcı həll yollarına ehtiyac olduğu vurğulanıb.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) daha öncə Efiopiyanın münaqişədən əziyyət çəkən Tiqray bölgəsinə ərzaq yardımı göndərirdi. Lakin göndərilən ərzaq yardımlarının başqa yerlərə yönəldildiyi ilə bağlı ortaya çıxan iddialardan sonra 2023-cü ilin aprelində ərzaq yardımı dayandırıldı.