Son dəqiqə

Azərbaycan Efiopiya

Azərbaycan və Efiopiya arasında sənaye zonaları sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. TurkicWorld:

Noyabrın 29-da Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində görüş keçirilib.

Bu barədə TurkicWorld-a İZİA-dan məlumat verilib.

Bildiirlib ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, İZİA-nın təqdimatı nümayiş etdirilib.

Görüşdə sənaye zonaları sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkənin sahibkarları arasında birgə biznes layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Mövzuya görə xəbərlər