Bakı. TurkicWorld:
Qəzzanın Rəfah rayonunda heç bir işlək xəstəxana qalmayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) işğal olunmuş Fələstin ərazilərindəki humanitar məsələlər üzrə koordinatoru Andrea de Domeniko deyib.
O, Qəzzada vəziyyətin getdikcə pisləşdiyini və Rəfahda “funksional xəstəxana qalmadığını” bildirib.
"Qəzzanın mərkəzi bölgəsində xəstəxananın yenidən qurulması üçün böyük səylər var, lakin Rəfahda səhra xəstəxanalarından başqa daha funksional xəstəxana qalmayıb. Bölgəyə dünyanın hər yerindən tibbi qruplar göndərilib. Lakin həkimlər yaralıları müalicə edəcək yer tapa bilmirlər." – deyə Domeniko qeyd edib.
O bildirib ki, yaxın vaxtlara qədər Qəzzadakı BMT məktəblərində 600 mindən çox şagird təhsil alırdı.
Hafiz Rufizoğlu