Bakı. TurkicWorld:
İsrailin Qəzzaya davam edən hücumlarına görə Braziliyanın İsraildəki səfirini geri çəkdiyi bildirilib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Braziliya mətbuatından bildirilib.
Hökumət Təl-Əviv səfiri Frederiko Meyeri “məsləhətləşmələr” üçün geri çağırıb.
Qeyd edilib ki, Braziliyanın İsraildəki diplomatik missiyası müvəqqəti işlər vəkili səviyyəsində fəaliyyətini davam etdirəcək.
İsrailin xarici işlər naziri Yisrael Katz bildirib ki, Braziliya prezidenti Lula da Silva fevralın 19-da İsrailin Qəzzanı işğal etməsini nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə etməsinə cavab olaraq “persona non-qrata” elan edilib.
Lula da Silva İsrailin Qəzzanı işğal etməsini "soyqırım" kimi qiymətləndirərək, bunu nasist lideri Adolf Hitlerin hərəkətlərinə bənzədib və Qəzza zolağında baş verənlərin "müharibə deyil, soyqırım" olduğunu bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu da Lula da Silvanın sözlərinə reaksiya verib və “qırmızı xəttin keçdiyini” bildirib.
Hafiz Rufizoğlu