Son dəqiqə

Braziliya

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 100-ü ötüb

Bakı. TurkicWorld:

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 100-ü ötüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Braziliya Mülki Müdafiə qrupları tərəfindən verilən açıqlamada ölənlərin sayının 101-ə, itkin düşənlərin sayının isə 128-ə yüksəldiyi bildirilib.

Qeyd edilib ki, daşqınlar ölkə tarixindəki ən böyük iqlim fəlakətlərindən biridir.

230 min 500 insanın evlərini tərk etmək məcburiyyətində qaldığı, ümumilikdə 1,5 milyon insanın təbii fəlakətdən mənfi təsirləndiyi bildirilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva verdiyi açıqlamada zədələnmiş infrastrukturun və dağılmış evlərin yenidən qurulması üçün lazımi hüquqi tənzimləmələri edəcəklərini bildirib.

Ölkədəki iqlim faciəsinin dünya üçün bir xəbərdarlıq olduğunu deyən Lula da Silva planetin təhlükəsizliyi üçün hərəkətə keçməli olduğunu bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər