Son dəqiqə

ABŞ Iraq

Hizbullah ABŞ qoşunlarını İraqı tərk etməyə çağırıb

Bakı. TurkicWorld:

İraq Hizbullah ABŞ qoşunlarını İraqı tərk etməyə çağırıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İraq Hizbullahının sözçüsü Əbu Əli əl-Əskəri açıqlama verib.

Vaşinqton və Bağdad beynəlxalq anti-cihad koalisiyasının tərkibində İraqda yerləşdirilən ABŞ hərbçilərinin mövcudluğu ilə bağlı danışıqlar aparır.

"Biz İraq hökumətindən də ABŞ qüvvələrini aradan qaldırmaq üçün lazımi ciddilik görmədik" – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, fevral ayında İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin koalisiyanın missiyasına son qoymağa çağıran tələbindən sonra ABŞ və İraq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı mövcudluğunun gələcəyi ilə bağlı danışıqları bərpa edib.

ABŞ-ın İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyanın tərkibində İraqda 2500, Suriyada isə 900 hərbçisi var.

Koalisiya 2014-cü ildə hökumətin xahişi ilə İraq və qonşu Suriyanın böyük ərazilərini ələ keçirmiş İŞİD-lə mübarizəyə kömək etmək üçün İraqa yerləşdirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər