Bakı, TurkicWorld:
Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Fələstindəki vəziyyəti müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, Lavrov və bin Fərhan arasında telefon danışığı olub.
Danışıq zamanı beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərinin Yaxın Şərqdə sülh və sabitliyə xələl gətirən böhranların təcili olaraq siyasi və diplomatik yolla həlli üçün səylərini gücləndirməli olduqları vurğulanıb.